Həzrət Bəhaullah toplanıldığı təqdirdə 100 cilddən çox təşkil edəcək minlərlə məktubun, lövhün və kitabın müəllifidir. Bu toplu Həzrət Bəhaullahın ərəb və farscadan ingilis dilinə, oradan isə müqayisəli şəkildə azərbaycancaya tərcümə edilmiş əsas yazılarını təqdim edir.
Həzrət Bəhaullahın mistik mövzularda nazil etdiyi yeddi Lövh, o cümlədən Rəşhi-Əma şeiri və Yeddi Vadi və Dörd Vadinin yeni tərcümələri. Yeddi Vadi və Dörd Vadi Həzrət Bəhaullahın 1856-cı ildə Kürdüstandan qayıtdıqdan sonra Bağdadda yazdığı iki əsərdir. Onlar Süleymaniyyədə əlaqədə olduğu sufi mistiklərinə ünvanlanıb.
Doqquz Bəhai Müqəddəs Günü üçün və ya onlarla əlaqədar Həzrət Bəhaullahın Yazılarından qırx beş seçmə.
Bəhailəri təqib etmiş görkəmli müsəlman ruhani Şeyx Məhəmməd Təqi Nəcəfiyə ünvanlanmış Lövh. Təxminən 1891-ci ildə Bəhci İmarətində nazil olub və Şövqi Əfəndi tərəfindən tərcümə edilib.
Həzrət Bəhaullahın Bağdad sürgünü zamanı Seyyid Yusif Sidihi İsfahaninin suallarına cavab olaraq ərəb dilində nazil etdiyi risalə.
Şövqi Əfəndi tərəfindən toplanıb tərcümə edilmiş Həzrət Bəhaullahın Yazılarından seçmələr, o cümlədən Qurdun Oğluna Məktub, Kitabi-İqan və Kitabi-Əqdəs, eləcə də digər Lövhlərdən çıxarışlar.
Həzrət Bəhaullahın 1857-58-ci illərdə Bağdad sürgünü zamanı fars və ərəb dillərində nazil etdiyi qısa parçalardan ibarət əsər, Şövqi Əfəndi tərəfindən tərcümə edilib.
Həzrət Bəhaullahın təxminən 1873-cü ildə hələ də Əkka şəhərində həbsdə olarkən ərəb dilində yazdığı qanunlar kitabı. O, sonrakı Yazılar və Həzrət Bəhaullahın katiblərinə verdiyi bir sıra suallara cavabları ilə tamamlanıb. İlk icazəli ingilis tərcüməsi 1992-ci ildə dərc edilib, əlavə Yazılar və sual-cavablarla birgə şərh edilib.
Həzrət Bəhaullahın 1861/62-ci illərdə Bağdadda Babın dayılarından birinin verdiyi suallara cavab olaraq nazil etdiyi traktat, Şövqi Əfəndi tərəfindən tərcümə edilib və ilk dəfə 1931-ci ildə ingilis dilində nəşr olunub.
Həzrət Bəhaullahın nazil etdiyi dualar və münacatların seçməsi, Şövqi Əfəndi tərəfindən toplanıb tərcümə edilib və ilk dəfə 1938-ci ildə nəşr olunub.
Həzrət Bəhaullahın Ədirnə sürgünü və Əkkaya sürgününün ilk illərində Öz dövrünün hökmdarlarına və liderlərinə, o cümlədən Fransa imperatoru III Napoleona, Rusiya çarı II Aleksandra, İngiltərə kraliçası Viktoriyaya, İran şahı Nasirəddin şaha və Roma papası IX Piyə ünvanladığı məktublardan ibarət altı əsər.
Zərdüşt əsilli şəxslərə ünvanlanmış beş Lövh, o cümlədən parsi zərdüşt alimi və xeyriyyəçisi Manikçi Sahibin verdiyi suallara cavab olaraq iki məktub, eləcə də Yeddi Sual Lövhü və digər iki Lövh.
Həzrət Bəhaullahın həyatının son illərində nazil etdiyi on altı Lövh, o cümlədən Kərmil Lövhü, Əhd Kitabı və Hikmət Lövhü, eləcə də digər Yazılardan çıxarışlar.