Həzrət Əbdül-Bəha tərəfindən Bəhai Dininin Vəlisi təyin edilmiş nəvəsi Şövqi Əfəndi (1897-1957) geniş yazışmaları vasitəsilə dünya miqyasında bəhai icmasının böyüməsinə rəhbərlik etmişdir. Bu yazışmaların çoxu kitab şəklində toplanmışdır.
Şövqi Əfəndinin 25 dekabr 1938-ci il tarixində Şimali Amerika bəhailərinə yazdığı məktub.
1922-ci ilin yanvar ayından 1932-ci ilin iyul ayına qədər Amerika Birləşmiş Ştatları və Kanada bəhailərinə ünvanlanmış məktub və müraciətlərin seçməsi.
Şövqi Əfəndinin 1947-1957-ci illər arasında Amerika Birləşmiş Ştatları bəhailərinə yazdığı müraciətlər toplusu.
Şövqi Əfəndi tərəfindən Bəhai Dininin ilk əsrinin tarixi icmalı, 1944-cü ildə Həzrət Babın Bəyanının yüzüncü ildönümü münasibətilə nəşr edilmişdir.
Şövqi Əfəndinin 28 mart 1941-ci il tarixində Qərb bəhailərinə yazdığı məktub.
Şövqi Əfəndinin 1932-1946-cı illər arasında Şimali Amerika bəhai icmasına yazdığı məktub və teleqramların toplusu, əvvəlcə “Amerikaya Müraciətlər” adı altında nəşr edilmişdir.