Həzrət Əbdül-Bəha tərəfindən Bəhai Dininin Vəlisi təyin edilmiş nəvəsi Şövqi Əfəndi (1897-1957) geniş yazışmaları vasitəsilə dünya miqyasında bəhai icmasının böyüməsinə rəhbərlik etmişdir. Bu yazışmaların çoxu kitab şəklində toplanmışdır.
Şövqi Əfəndinin 25 dekabr 1938-ci il tarixində Şimali Amerika bəhailərinə yazdığı məktub.
1922-ci ilin yanvar ayından 1932-ci ilin iyul ayına qədər Amerika Birləşmiş Ştatları və Kanada bəhailərinə ünvanlanmış məktub və müraciətlərin seçməsi.
Şövqi Əfəndinin 1947-1957-ci illər arasında Amerika Birləşmiş Ştatları bəhailərinə yazdığı müraciətlər toplusu.
Şövqi Əfəndi tərəfindən Bəhai Dininin ilk əsrinin tarixi icmalı, 1944-cü ildə Həzrət Babın Bəyanının yüzüncü ildönümü münasibətilə nəşr edilmişdir.
Şövqi Əfəndinin 28 mart 1941-ci il tarixində Qərb bəhailərinə yazdığı məktub.
Şövqi Əfəndinin 1932-1946-cı illər arasında Şimali Amerika bəhai icmasına yazdığı məktub və teleqramların toplusu, əvvəlcə “Amerikaya Müraciətlər” adı altında nəşr edilmişdir.
Şövqi Əfəndi tərəfindən yazılmış və Amerika Birləşmiş Ştatları və Qərb bəhailərinə ünvanlanmış yeddi məktub, ilk dəfə 1938-ci ildə toplanmışdır. Buraya “Həzrət Bəhaullahın Dünya Nizamı”, “Həzrət Bəhaullahın Dünya Nizamı: Əlavə Mülahizələr”, “Yeni Dünya Nizamının Məqsədi”, “Həzrət Bəhaullah Əmrinin Qızıl Çağı”, “Amerika və Ən Böyük Sülh”, “Həzrət Bəhaullahın Zühur Dövrü” və “Dünya Sivilizasiyasının Açılışı” daxildir.