Həzrət Bəhaullah toplanıldığı təqdirdə 100 cilddən çox təşkil edəcək minlərlə məktubun, lövhün və kitabın müəllifidir. Bu toplu Həzrət Bəhaullahın ərəb və farscadan ingilis dilinə, oradan isə müqayisəli şəkildə azərbaycancaya tərcümə edilmiş əsas yazılarını təqdim edir.
Həzrət Bəhaullahın mistik mövzularda nazil etdiyi yeddi Lövh, o cümlədən Rəşhi-Əma şeiri və Yeddi Vadi və Dörd Vadinin yeni tərcümələri. Yeddi Vadi və Dörd Vadi Həzrət Bəhaullahın 1856-cı ildə Kürdüstandan qayıtdıqdan sonra Bağdadda yazdığı iki əsərdir. Onlar Süleymaniyyədə əlaqədə olduğu sufi mistiklərinə ünvanlanıb.